Refleksiya olduqca vacibdir, lakin çox zaman təlim
prosesinin laqeyd yanaşılan bir komponentidir. Hal-hazırda gündəlik dərslərin
tərtibi tədris məqsədlərinin təhlilinə
vaxt ayırmağa imkan yaratmır. Əlbəttə, bir çox müəllimlər hər gün sinif
otağında aparılan hansı fəaliyyətlərin
“işlədiyi”, hansı fəaliyyətlərin isə “işləmədiyi” haqqında düşünürlər. Onlar
şagirdlərin təlimindən əldə etdiklərini müxtəlif yollarla müəyyən edirlər,
lakin bu sistemli şəkildə olmadığı üçün güclü yeni öyrətmə üsulunun səmərəsini aşkarlamır.
Bu üsuldan sinifdə tədrisin
anlaşılmayan, təzadlı cəhətlərini təhlil etmək və təlim planınızı dərindən tədqiq etmək üçün
istifadə edin .
Addım 1: Bloqda iş.
Hər bir modulun sonunda siz
mənimsədiyiniz əsas konsepsiyaları şəxsi Bloqunuzda əks etdirirsiniz. Qısaca bloqlar adlanan webbloglar
oxucularla məlumat, rəy mübadiləsi, əks-əlaqə və müzakirə aparmaq üçün istifadə
edilir. Onlar adətən gündəlik kimi formalaşır və mütəmadi şəkildə məlumatlarla yenilənir.
Bu məşğələdə siz öncə bu modulun yönəldici
suallarını və əsas məqamlarını nəzərdən
keçirir və şəxsi Bloqunuzda tədrisi əks
etdirirsiniz.
1. Təlimçiniz tərəfindən müəyyən edilmiş Bloqu açın.
Qeyd: Resurslar tab vərəqinin Web 2.0/Collaborative
Resources (Müştərək Resurslar) bölməsində bloq yaratma üzrə pulsuz
saytları təmin edən əlavə Veb səhifələrinin siyahısı verilib.
Комментариев нет:
Отправить комментарий