Bloqumuzu muzakir' etdik . Lay'ihemiz ucun standarlari mueyyen etdik Bunun ucun kuriklum.az. saytndan fennimize uyqun standartlari se cib oz layihe planimizda yerleşdirdik Planda məqsədlərimizi qeyd etdik Layihənin əsas suallrı ilə tanış olduq Mövzu planımızda sualların ilkin variantını qeyd etdik
среда, 30 апреля 2014 г.
вторник, 29 апреля 2014 г.
modul 2
Refleksiya olduqca vacibdir, lakin çox zaman təlim
prosesinin laqeyd yanaşılan bir komponentidir. Hal-hazırda gündəlik dərslərin
tərtibi tədris məqsədlərinin təhlilinə
vaxt ayırmağa imkan yaratmır. Əlbəttə, bir çox müəllimlər hər gün sinif
otağında aparılan hansı fəaliyyətlərin
“işlədiyi”, hansı fəaliyyətlərin isə “işləmədiyi” haqqında düşünürlər. Onlar
şagirdlərin təlimindən əldə etdiklərini müxtəlif yollarla müəyyən edirlər,
lakin bu sistemli şəkildə olmadığı üçün güclü yeni öyrətmə üsulunun səmərəsini aşkarlamır.
Bu üsuldan sinifdə tədrisin
anlaşılmayan, təzadlı cəhətlərini təhlil etmək və təlim planınızı dərindən tədqiq etmək üçün
istifadə edin .
Addım 1: Bloqda iş.
Hər bir modulun sonunda siz
mənimsədiyiniz əsas konsepsiyaları şəxsi Bloqunuzda əks etdirirsiniz. Qısaca bloqlar adlanan webbloglar
oxucularla məlumat, rəy mübadiləsi, əks-əlaqə və müzakirə aparmaq üçün istifadə
edilir. Onlar adətən gündəlik kimi formalaşır və mütəmadi şəkildə məlumatlarla yenilənir.
Bu məşğələdə siz öncə bu modulun yönəldici
suallarını və əsas məqamlarını nəzərdən
keçirir və şəxsi Bloqunuzda tədrisi əks
etdirirsiniz.
1. Təlimçiniz tərəfindən müəyyən edilmiş Bloqu açın.
Qeyd: Resurslar tab vərəqinin Web 2.0/Collaborative
Resources (Müştərək Resurslar) bölməsində bloq yaratma üzrə pulsuz
saytları təmin edən əlavə Veb səhifələrinin siyahısı verilib.
modul 1
·
Şəxsi məqsədlərin təyin olunması təlimdə və ondan
sonra məqsədyönlü öyrənməyə kömək edir.
·
İnternetin sosial servisləri (bloqlar) öz
fəaliyyətinin müzakirəsini təşkil edir və təlim prosesinin başqa iştirakşıları
ilə ünsiyyət qurmağı kömək edir
·
İntel “Gələcək üçün təhsil” proqramında əlavə
resurslar sərbəst öyrənməyə imkan yaradır
və gələcəkdə peşəkar imkanların
inkişafına zəmin yaradır.
·
Təlimin refleksiyası şəxsi nailiyyətləri təhlil
etməyə, yeni ideyalar ətrafında düşünməyə və şəxsi tədris trayektoriyasını
qurmağa kömək edir.
1.
Bloqda Modul 1. Refleksiya adı altında
birinci yazınızı edin.
2.
Modulla bağlı öz
fikirlərinizi və təəssüratlarınızı qeyd edin.
Подписаться на:
Сообщения (Atom)